Tarixi Muzeyində 20 yanvar faciəsinin şəhidləri anıldı

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov, Ombudsman Təşkilatının Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin və 7 saylı tam orta məktəbin şagirdləri, KİV nümayəndələri iştirak ediblər.

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, "20 Yanvar Cəmiyyəti"nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov, Ombudsman Təşkilatının Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin və 7 saylı tam orta məktəbin şagirdləri, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov tədbiri açıq elan etdi. Tədbirin mahiyyəti haqqında məlumat verdi, qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin tarixi kökləri haqqında gənclərə məlumat verməkdir.Sonra söz YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramova, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayevə verildi.

Sonda 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri - Məmmədli Xədicə, Rəhimli Xəlil, Məlikli Fidan şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. 7 saylı tam orta məktəbin şagirdi Həsən Hüseynov isə "Ya Qarabağ, ya ölüm!" adlı mahnı ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31