Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili isə 27-31 yanvar tarixlərini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31