Sosial

Zəlzələdən necə qorunmalı?

6 Fevral 2019 14:05

Mütəxəssislər Bakı şəhərində, daha doğrusu Xəzər dənizində potensial zəlzələ ocaqlarının mövcudluğu ilə bağlı açıqlamaları gündəmə gətirəndə insanlarda istər-istəməz sual yaranır- zəlzələdən necə qorunlmalı? Qeyd edək ki, hazırda Bakıda çoxsaylı hündür yaşayış binaları var və tikiməkdə davam edir. Əgər gələcəkdə güclü zəlzələ baş verərsə, hansı hallar yaşana bilər? İllərlə yığılan məvaciblə alınan binalar sağ-salamat çıxa bilərmi? Ekspertlər hesab edir ki, bu suallara cavab tapmaq üçün bir sıra məsələlərdən xəbərdar olmaq vacibdir. Xatırladaq ki, Xəzərdə olan çoxsaylı zəlzələ ocaqlarında gün ərzində çoxlu sayda mikrozəlzələlər baş verir. Onlar çox zaman yalnız xüsusi aparatlar və həssas heyvanlar tərəfindən hiss olunur. Bu ocaqların Xəzər dənizində və ya ölkənin başqa ərazilərində olmasından asılı olmayaraq, ölkənin ərazisi müxtəlif ballı seysimik zonalara bölünür.

Akademik Yaqub Mahmudov və Azərbaycan tarixinin tədrisi

6 Fevral 2019 12:50

“Müəllim hər şeydən əvvəl bir Tanrı sənətidir” Böyük yunan filosofu Platon