Bakıda "Neyrocərrahiyyədə Yeniliklər" adlı Beynəlxalq Konfransı keçiriləcək

09.02.2019-cu il tarixində "Hyatt Regency Baku" otelində ATA-Neyrocərrahiyyə Dərnəyinin "Neyrocərrahiyyədə Yeniliklər" adlı Beynəlxalq Konfransı təşkil olunacaq. Bir sıra tanınmış neyrocərrahların, nevroloqların, uşaq cərrahlarının, travmatoloqların, nefroloqların, fizioterapevtlərin akademik və praktik biliklərinin təkmilləşdirilməsi sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə keçiriləcək elmi konfransda müxtəlif səpkili məruzələr dinləniləcək. Türkiyədən dəvət olunmuş tanınmış professorlar: Əli Gedikbaşı, İbrahim Alataş, Hüseyin Canaz öz məruzələrində "Hamiləlikdə spina bifida diaqnozu, nəzarət və tövsiyələr", "Spina bifidaya intrauterin müdaxilələr", "Spina bifidanın müalicə və nəzarət protokolu" və.s bu kimi mühüm mövzularla toxunacaqlar. Mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirə qeydiyyat saat 10:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31