Bakıda uşaq cərrahlığı üzrə konqres keçiriləcək
6 Fevral 2019 12:42 SosialFevralın 9-da Bakıda "Uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illik yubileyinə həsr olunmuş uşaq cərrahlığı üzrə Elmi-praktik konqres" keçiriləcək. Bu barədə Səhiyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, konqresin mövzusu uşaq cərrahiyəsinin müxtəlif patologiyalarını, uşaq urologiyasını, uşaq travmatologiyasını və ortopediyasını, uşaqlarda üzün və boynun inkişaf qüsurlarını, uşaq onkologiyasını əhatə edir. Tədbir Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının konfrans zalında keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31