Sosial
İmmun sistemini necə möhkəmləndirək? - MÜTƏXƏSSİS RƏYİ
“Hər kəs havaların dəyişməsinə hazır olmalıdırlar. Xüsusilə də qış mövsümündə buna diqqət etməli, geyimimizə fikir verərək özümüzü soyuqdan qorumalıyıq”. Bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti, Azərbaycan Tibb Universitetinin dosenti Cəlal İsayev deyib.
Qəzada ölən qadın müğənninin videosu
“Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” yazı müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycan Dillər Universitetində (ADU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, mərasimdə ADU-nun rektoru, akademik Kamal Abdulla Milli Qəhrəman Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu diqqətə çatdırıb.
Günəş fəallığı çox aşağı səviyyədə olacaq
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 7-nə olan kosmik hava durumunu açıqlayıb. Olaylar.az bildirir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
Rafael Hüseynovun yeni kitabı - “Millət yaddaşının keşikçisi”
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Olaylar.az bildirir ki, kitab Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, publisist, mətnşünas, alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilib.
Uşaqların qidalanması normativlərə uyğun təşkil edilməyib
Hesablama Palatası dövlət büdcəsindən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditini aparıb. “Olaylar” Paiataya istinadən xəbər verir ki, müəyyən edilib ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri üzrə 2590 qrup proqnozlaşdırılıb. Lakin bəzi məktəbəqədər təhsil müəssisələrində qismən məcburi köçkünlər məskunlaşdığından faktiki olaraq 2152 qrup fəaliyyət göstərib ki, bu da mövcud potensialın 83,1%-nə bərabərdir. Auditin əhatə etdiyi dövrdə ümumilikdə168891052,2 manat məbləğində vəsait xərc edilib. Auditlə əhatə olunan dövrdə artıq ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əmək haqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.
Aİİ tədris elektron idarə edilməsi sisteminə keçəcək
Uşağı küçəyə atmaq valideyn məsuliyyətsizliyidir
“Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik”. “Olaylar” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O,bildirib ki, məsələ Komitənin nəzarətindədir: "Biz Bərdə Rayon İcra Hakimiyyəti nəzdindəki monitorinq komissiyasına da müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Qadınla iş aparılandan sonra uşaqlar qaytarılmalıdır".
Daha bir sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək. DİM-dən “Olaylar”a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 28337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə, 55 binada təşkil olunacaq.
Qızıl Aypara Cəmiyyəti zəlzələ bölgəsində
“100-dən çox işçisi olan təşkilat mütləq şəkildə əlil işə götürməlidir”
“Xımırt qurdu”nun hekayəsi AYSEL OĞUZ yazır
Həmişə demişəm. Demişəm ki, biz çox unikal xalqıq...hər cəhətdən unikalıq...Millətim qədər duyarlı, yardımsevər,rəhmli ikinci bir xalq, bəlkə də heç yer üzündə indiyənə kimi görünməyib. Lakin müsbət tərəflərimiz olduğu kimi, bəzi mənfi xüsusiyyətlərimiz də var. Və onlardan hələ də yaxa qurtara bilməmişik. Həqiqətən yaxa qurtara bilmirik, yoxsa istəmirik? Məncə “bilmirik” sözünü “istəmirik”lə əvəz etsəm, daha düzgün olar, çünki mənfi xüsusiyyətlərdən qurtulmaq üçün özümüzdən başlamalıyıq. Hər şey istəyə bağlıdır, çünki heç kim bizi özümüzdə bu xüsusiyyətləri daşımağa məcbur etmir. Nə ediriksə özümüz edirik. Və özümüzə edirik...
Sabahın havası: yağış, güclü külək... - Xəbərdarlıq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.










.jpg)

.jpg)

