Xilasedicilər intihar cəhdinin qarşısını alıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Goradil qəsəbəsində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.  Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31