Uşaqların qidalanması normativlərə uyğun təşkil edilməyib

Hesablama Palatası dövlət büdcəsindən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditini aparıb. “Olaylar” Paiataya istinadən xəbər verir ki, müəyyən edilib ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri üzrə 2590 qrup proqnozlaşdırılıb. Lakin bəzi məktəbəqədər təhsil müəssisələrində qismən məcburi köçkünlər məskunlaşdığından faktiki olaraq 2152 qrup fəaliyyət göstərib ki, bu da mövcud potensialın 83,1%-nə bərabərdir. Auditin əhatə etdiyi dövrdə ümumilikdə168891052,2 manat məbləğində vəsait xərc edilib. Auditlə əhatə olunan dövrdə artıq ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əmək haqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Hesablama Palatası dövlət büdcəsindən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditini aparıb. "Olaylar" Paiataya istinadən xəbər verir ki, müəyyən edilib ki, Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri üzrə 2590 qrup proqnozlaşdırılıb. Lakin bəzi məktəbəqədər təhsil müəssisələrində qismən məcburi köçkünlər məskunlaşdığından faktiki olaraq 2152 qrup fəaliyyət göstərib ki, bu da mövcud potensialın 83,1%-nə bərabərdir. Auditin əhatə etdiyi dövrdə ümumilikdə168891052,2 manat məbləğində vəsait xərc edilib. Auditlə əhatə olunan dövrdə artıq ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əmək haqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Audit zamanı həmçinin müəyyən edilib ki, malların (işlərin və xidmətlərin) satınalınması zamanı qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarıın dəyərinin balansa götürülməməsi hallarına yol verilib. Məktəbəqədər təhsil müəssisələri üzrə 1 uşaq gününə düşən ərzaq xərci fərqli olub, eləcə də uşaqların yaş həddi üzrə qidalanmasının təşkili bəzi hallarda normativlərə uyğun olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31