Sosial

Mehriban Əliyevanın rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini

16 Fevral 2019 11:27

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib. Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin açılış mərasimində çıxışında deyib.

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

16 Fevral 2019 10:09

Türkiyədə yaşayan Azərbaycan vətəndaşları “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitə ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.

"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqləndi

16 Fevral 2019 10:03

Nazirlər Kabineti "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ni təsdiq edib. Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Gənclər Təşkilatları Prezidentə müraciət ünvanladılar

16 Fevral 2019 10:01

Azərbaycanın gənclər təşkilatları Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədova Azərbaycan "Respublikasında gənclər siyasəti və gənclərlə iş” mexnizminin dəyişməsi ilə bağlı müraciət ünvanlayıb.