Hacıqabulda dəhşət: Övladı olmayan ər-arvad intihar etdi
16 Fevral 2019 10:10 SosialHacıqabulda ər və arvad intihar edib.Hadisə rayonun Kolanı kəndində baş verib.
Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.
Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.
Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək./Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31