Sosial

Yaqub Mahmudova həsr olunmuş kitab təqdim edildi

18 Fevral 2019 11:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitabın təqdimatı keçirilib. Tarix İnstitutundan Olaylar.az-a verilən məlumata görə, kitabın ideya müəllifi və tərtibçisi tarixçi alim Güntəkin Nəcəflidir. Kitab Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun anadan olmasının 80 illiyinə həsr olunub.

Məktəb direktorunu döyən aktyora cinayət işi açıldı

18 Fevral 2019 09:42

Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb. Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.