Sosial

Universitet  böhtan xarakterli yazılarla bağlı məhkəməyə müraciət edəcək

18 Fevral 2019 16:22

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru akademik Kamal Abdullanın və professor-müəllim heyətinin iştirak etdiyi iclasda son vaxtlar müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla bağlı xüsusi müzakirə aparılıb. Olaylar.az bildirir ki, Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd edərək, bu kimi hallara öz qəti etirazlarını bildiriblər. Onlar bununla bağlı zəruri hüquqi addımların atılmasının vacibliyi haqqında universitet rektoru qarşısında məsələ qaldırıblar.

Vətənə tən daş...

18 Fevral 2019 15:54

Qar xəbərdarlığı

18 Fevral 2019 13:11

Əfqanıstanın Azərbaycandakı səfiri Universitetdə

18 Fevral 2019 12:28

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. Olaylar.az bildirir ki, iki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.