“Gənc əsgər” hərbi hazırlıq layihəsi

Sabunçu Gənclər Evində "Gənc əsgər" hərbi hazırlıq layihəsinin təqdimat mərasimi keçirilib.  "OLAYLAR"-a daxil olan məlumata görə, layihə "Legion" hərbi vətənpərvərlər klubu ilə əməkdaşlıq çərçivəsində Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə baş tutur. Tədbirdə millət vəkili Fazil Mustafa, təşkilatçı qurumların rəhbər heyəti, Türkiyə-Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri professor Telman Nüsrətoğlu, ehtiyatda olan polkovnik Zahid Teymurov, dünya çempionu Eldəniz Əzizli, aprel qazisi zabit Əhliyət Mehtiyev və 100-ə yaxın gənc iştirak edib.

Rəsmi çıxışlardan sonra "Gənc Əsgər" layihəsinin təqdimatı keçirilib. Təqdimatda layihənin təsviri haqqında ətraflı məlumat verilib.

Layihənin proqramı 2 aylıq bir zaman kəsiyini əhatə etməklə, müxtəlif fiziki, intellektual, psixoloji, ideoloji təlim və seminarlardan, hərbi hissələrə, muzeylərə və sərgilərə ekskursiya, hərbi və intellektual yarışlardan ibarətdir. Seçilmiş 25 iştirakçı 2 ay müddətində proqram əsasında fəaliyyətlərə cəlb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31