Sosial

Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər

20 Fevral 2019 15:16

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımıza qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırımı aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında institutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların mühüm rolu var.

Cocuq Mərcanlıda pedaqoji təcrübə

20 Fevral 2019 15:04

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübədədirlər. Olaylar.az bildirir ki, pedaqoji təcrübə rəhbəri və təcrübəçi müəllimlər məktəb kollektivinə və şagirdlərə təqdim edilib. Məktəbin direktoru Zamin Həziyev pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim və tarixi hadisə adlandırıb. Buna görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkür edən direktor ümidvar olduğunu bildirib ki, xüsusi həssas bölgədə pedaqoji təcrübə keçən tələbələrin yaddaşında bu günlər hər zaman xoş xatirə kimi qalacaq.