Yasamalda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Fevralın 20-də Bakının Yasamal rayonunda yerləşən 1 bloklu, 5 mərtəbəli, 30 mənzilli yeni yaşayış kompleksində "Kütləvi çıxarış" kampaniyası keçirilib. Əmlak Məsələlrəri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, sosial aksiya çərçivəsində binanın bütün yeni mənzil sahiblərinə çıxarışlar təqdim olunub. Səyyar kampaniya vətəndaşlara çıxarışların təqdim olunması ilə məhdudlaşmayıb. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və bu istiqamətdə hüquqi yardımın göstərilməsi üzrə xidmətlərdən 50-yə yaxın vətəndaş istifadə edib. Qeydiyyat prosedurları, tələb olunan sənədlər və vətəndaşları maraqlandıran digər suallar cavablandırılıb. Bildirilib ki, mənzillərinə çıxarış əldə etmək istəyən vətəndaşlardan yalnız dövlət rüsumu və xidmət haqqının ödənilməsi tələb olunur. Onlar "Əmlakın qeydiyyatı kalkulyatoru"ndan istifadə etməklə əvvəlcədən onlayn şəkildə ödəyəcəyi məbləğlə tanış ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31