Sosial

Azərbaycanda yeni heyvan növləri aşkar edildi

21 Fevral 2019 10:06

Azərbaycanda su hövzələrində ilk dəfə olaraq, 3 yeni zəli növü aşkar edilib. Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov bildirib ki, ölkəmizin su hövzələrində "Erpobdellidae" fəsiləsinə aid olan zəli növlərinin - "Dina stschegolewi", "Dina lineata" və "Dina cf. Farsa"nın olduğu müəyyən edilib.