Avtobusda azərbaycanlı tələbəyə təcavüz edən həbs edildi - Türkiyədə
21 Fevral 2019 05:23 SosialTürkiyənin Antalya şəhərində sərnişin avtobusunda azərbaycanlı tələbəyə qarşı seksual hərəkətlər edən şəxs həbs edilib.Qafqazinfo xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Bələk bölgəsində 5 ulduzlu otellərdən birində ofisiant işləyən Yılmaz K. adlı şəxs avtobusda Akdəniz Universitetinin tələbəsi olan Azərbaycan vətəndaşına təcavüz edib. Olaya digər sərnişinlər də şahid olub. Tələbənin qışqırdığını görən sürücü avtobusun qapılarını bağlayıb və polis çağırıb. Yılmaz K. Itiihamları qəbul etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31