Türkiyədə 5 bal gücündə zəlzələ

Türkiyədə zəlzələ qeydə alınıb. BakuPost-un Türkiyə mediasına istinadən məlumatına görə, zəlzələ Çanaqqala şəhərinin Ayvacıq ərazisində qeydə alınıb.

5 bal gücündə zəlzələ təxminən 30 saniyə davam edib. Zəlzələ Mərmərə - Egey bölgələri boyunca, İstanbul, Bursa, Balıkəsir, Ədirnə və İzmir şəhərlərində də hiss edilib. Zəlzələdən sonra Ayvacıq səmtinə elektrik enerjisinin verilişi dayandırılıb.
Dağıntılar və tələfat barədə hələlik hər hansı məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31