Sosial

Multikultural Novruz bayramı

19 Mart 2019 16:01

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. Olaylar.az bildirir ki, universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib.

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

19 Mart 2019 15:58

Bakı Dövlət Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına qoşulub. Olaylar.az bildirir ki, 100 illik yubileyi ərəfəsində olan Bakı Dövlət Universiteti tənha ahıl, yaşlı insanları ziyarət etmək, bayramlaşmaq, cəmiyyətdə onlara diqqət və qayğını təşviq etmək məqsədilə aparılan kampaniyaya 100 xonça ilə qatılıb.

Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub

19 Mart 2019 14:48

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb. Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib: