Siyasi mübarizənizi şəxsi münasibətlərinizə çevirməyin

"Cəmiyyətdə öz yerimizi formalaşdırmaq üçün ilk növbədə bir-birimizin fikirlərinə hörmətlə yanaşmağı bacarmalıyıq.Təhqirlə tənqidi bir-birindən ayırmalıyıq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli səsləndirib. O, qeyd edib ki, müxalifətçi də ola bilərsən, qtidar nümayəndəsi də: "Hər ikisi də bu ölkənin vətəndaşıdır. Ancaq siyasi mübarizənizi şəxsi münasibətlərinizə çevirməyin ki sabah üz-üzə gəldikdə gözlərinin içinə düşmən kimi deyil,  dost kimi baxasan. Nəticədə hər birimiz bu ölkənin övladlarıyıq. Fikirlərimiz ayrı ola bilər, ancaq nəticədə hər birimiz bu ölkənin inkişafını düşünürük". Elxan Mirhəşimli qeyd edib ki, Azərbaycanda Novruz bayramı ərəfəsində 431 nəfərə şamil edilən əfv sərəncamı imzalandı: "Dövlət başçısı tərəfindən imzalanan bu sərıncam əsasında məhbuslar öz ailələri ilə birlikdə bayram keçirmək sevincinə nail oldular. Əməyi keçən hər kəsə təşəkkür edirəm.əfv sərəncamını da alqışlayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31