Nazirlik təbiətsevərləri dəvət edir
19 Mart 2019 14:58 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi, təbiətin nadir incisi olan və Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edir.
Olaylar.az xəbər verir ki, hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır. Flaminqolar Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.
Flaminqo Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib və ovlanması qadağandır.
Qeyd edək ki, Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31