Sabahdan Novruz tətili başlayır – Neçə gün istirahət edəcəyik?

Martın 20-dən Azərbaycanda Novruz tətili başlayır.

Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə, tətil martın 20-dən 24-dək olan dövrü əhatə edir.

Əmək Məcəlləsinə əsasən, martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində 25, 26 mart, altıgünlük iş həftəsində isə 25 mart tarixi istirahət günləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31