Sosial
Sabahın hava Necə Olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal- şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq. Sentyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər
Ölkədə mövsümi yarımarkaların fəaliyyəti dayandırıldı- Səbəb
Kənd Təsərrüfat Nazirliyi ölkə ərazisində təşkil etdiyi mövsümi yarmarkaların fəaliyyətini dayandırıb.
Azərbaycanlı qadın məşhur şirkətə baş direktor təyin edildi
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib. Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.
Ali məktəblərə ixtisas qrupları üzrə müsabiqə şərtləri Açıqlandı
Dövlət İmtahan Mərkəzi 2020-2021-ci tədrsi ili üzrə ali məktəblərə ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb.
Gürcüstanda toy və yas mərasimlərinin keçirilməsi qadağan edildi
Koronavirusla mübarizə üzrə Gürcüstanın Baş naziri yanında İdarələrarası Koordinasiya Şurası ölkədə koronavirusa yoluxmuş insanların sayının kəskin artması ilə əlaqədar toy, yas mərasimləri və digər sosial tədbirlərin qadağan edilməsinə dair qərar qəbul edib.
Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi - Bakıda şok olay
Bakıda arvadını öldürməyə cəhddə ittiham olunan Namiq İbrahimovun məhkəməsi başa çatıb.
İlqar Məmmədova 234 min kompensasiya ödənildi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.
Bu gün - sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə 9 məsələ daxil edilib.
Namaz qılarkən oğurluq etdi - Azərbaycanda şok hadisə - VİDEO - FOTO
Azərbaycanda kişi namaz qılmaq adı ilə oğurluq edib.
Uşaq bağçaları bu tarixdən Açılır
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb
14 avqust - 8 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Olaylar.az bildirir ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda yerləşən 32 mərkəzdə 19 fənn üzrə keçirilmiş işə qəbul imtahanlarında 38705 namizəd iştirak edib.
"İstənilən halda məşhur atasını öldürən Şövqiyə həbs düşür"
Xəbər verdiyimiz kimi ötən gün məşhur gitarist Nofəl Süleymanov oğlu Şövqi tərəfindən ehtiyyatsızlıqdan qətlə yetirilib.














