İnsan hüquqları komitəsi də iş planını təsdiq etdi
Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, Komitə sədri Zahid Oruc bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
17 Sentyabr 2020 13:59 SosialSentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, Komitə sədri Zahid Oruc bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Komitə sədri qeyd edib ki, cari ilin mart ayından dünyada pandemiya elan edilib. Bu səbəbdən Milli Məclis, o cümlədən komitələr qeyri-standart şəraitdə öz fəaliyyətini davam etdirib. O, məlumat verib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin 7 iclası keçirilib, 14 məsələ müzakirə olunub. Komitə tərəfindən 7 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub. Bu müddətdə müxtəlif mövzularda dinləmələr təşkil olunub, insan haqları üzrə QHT-lərlə görüşlər keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub. Eyni zamanda, 12 iyul tarixində Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu ərazisində təcavüzü və bu aktın beynəlxalq məkanda qiymətləndirilməsi ilə bağlı komitə öz üzərinə düşən işləri yerinə yetirməyə çalışıb. Biz 50-dən artıq ölkənin parlamentlərinə müraciətlər göndərdik. İnsan haqları ilə bağlı istər ABŞ Dövlət Departamenti, istərsə də digər qurumlar çərçivəsində olan müxtəlif subyektiv fikirlərə qarşılıq olaraq məsələnin obyektivliyini şərh edən sənədləri göndərməyə çalışdıq. Sessiya dövründə komitəyə 204 sənəd daxil olub. Komitənin rəhbərliyi tərəfindən 117 vətəndaşın onlayın qaydada qəbulu keçirilib. Komitənin adından müxtəlif ünvanlara layihə və ərizələrin baxılması üçün 105 məktub göndərilib.
Sonra Zahid Oruc komitənin 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə, Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında və digər sənədlərə baxılması nəzərdə tutulub. Bildirilib ki, bu müddətdə insan hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq qeyri-hökumət təşkilatları nümayəndələri ilə fikir mübadiləsi, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan, habelə Milli Məclis və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi planlaşdırılır. Müzakirələrdən sonar Komitənin 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyasının iş planı təsdiqlənib.