Məktəb direktorları ilə onlayn konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.

"OLAYLAR"-a İdarədən bildirilib ki, 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən konfransda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Konfrans iştirakçılarını salamlayan idarə müdiri ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, ümummilli liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib. İdarə müdiri Rəşad Tağıyev koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına inandığını deyib.

R.Tağıyev təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, "2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə" Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

Konfransda çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yeni dərs ilinin yeni tələblər və yeni qaydalarla müşayiət olunduğunu bildirib.

Daha sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31