“WhatsApp”da daha bir yenilik
9 May 2024 12:17 Sosial"WhatsApp" mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.
Olaylar bildirir ki, qeyd olunub ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.
Məlumata görə, yenilik "WhatsApp" mesencerinin "iOS" əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.
Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31