Cari ildə yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı AÇIQLANIB
7 May 2024 12:11 Sosial2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib.
Bu barədə Olaylar-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır.
Xatırladaq ki, pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31