Sərnişin müdaxilə etdi, qatarın qapısında nasazlıq yarandı
6 May 2024 18:35 Sosial"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Bakı metropoliteni" məlumat yayıb.
Bildirilib ki, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb:
"Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib. Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31