Ötən il hərbi qulluqçulara 473 mənzil verilib

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara ötən il 473 mənzi verilib.

Olaylar xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri, polkovnik Elçin Əliyev deyib.

O qeyd edib ki, bu il mənzillər tam sənədləşdirilərək cənab Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində təqdim edilməsi həyata keçirilir.

"Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti adından cənab Prezident İlham Əliyevə təşəkkür edirik", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31