Azərbaycan qadınları beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər - İlham Bayramov
5 Mart 2024 10:37 SosialAzərbaycan Respublikasının dövlət siysətində qadınların rolunun artırılması prioritet məsələlərdən biridir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən keçirilən "Standartlaşdırmada gender bərabərliyi" adlı tədbirdə çıxışı zamanı deyib.
"Azərbaycan zəngin tarixində qadınlarımızın parlaq nümunələri var. Azərbaycan qadınları bu gün beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər. Hər zaman Azərbaycan xalqının qadınları öndə olub", - deyə İ.Bayramov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31