“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq

"SmartElektroniks" MMC tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Olaylar.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

"Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31