Bu gün Şuşada beynəlxalq elmi konfrans keçiriləcək
1 Dekabr 2023 09:58 SosialBu gün Şuşada "Türk dünyasının mədəni turizm perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Olaylar.az xəbər verir ki, konfransda "Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi" mövzusuna dair müzakirə və təqdimatlar baş tutacaq.
Eyni zamanda, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan təmsilçiləri çıxışlar edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31