Bakıda atəşfəşanlıq və konsert olacaq

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Olaylar.az 1news.az-a istinadən xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb. Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31