Milli-mənəvi dəyərlərimizin qorunması sahəsində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanılıb - ÖZƏL

"Son dövrlər bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası sahəsində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanılıb".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova səsləndirib. O bildirib ki,  son dövr mədəniyyət salnaməsini vərəqlədikcə ürəkaçan mənzərə ilə qarşılaşırıq:

"Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Dövlət başçısının da qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları, muzeylər istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib. Bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu sahədə çalışanlara verdiyi yüksək dəyərin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31