Marketlərdə aldanmamaq üçün bunları bilməlisiniz - VİDEO

"Azərbaycanda marketlərdə alıcılar aldadılır. Onlar bəzən aldıqları məhsulun dəyərindən artıq pul ödəməyə məcbur edilir və bundan xəbər tutmurlar".

Olaylar.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a müsahibəsində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, xüsusən kartla ödəniş zamanı kassada alıcının səbətində olmayan məhsula görə ona pul ödətdirilir:

"Mənim hesablamalarıma görə, ümumilikdə Azərbaycan vətəndaşları ərzaq mağazalarında almadıqları məhsula görə ildə 500 milyon manat ödəniş edirlər".

Bəs, marketlərdə aliş-veriş zamanı daha nələrə diqqət edilməlidir?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31