Toponimlərlə bağlı elektron baza yaradılır
31 Oktyabr 2023 13:15 SosialToponimlərlə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.
Olaylar.az-ın məlumatına görə, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə "Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.
Qeyd edək ki, Milli Məclisin Regional Məsələlər komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri və digər qonaqlar iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31