Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatı nə yerdədir? - AÇIQLAMA

Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatında heç bir problem yoxdur.

Bu barədə Olaylar.az-a  "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda Füzuli şəhərinin xarici su təchizat sistemləri qurulur.

"Burada mənbə, mənbədən şəhərə magistral kəmərin çəkilməsi, mənbədə anbarın tikintisi layihəsi icra olunur", - deyə o qeyd edib.

Qeyd edək ki, bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31