Olimpiada hazırlıqları üçün müəllim seçimi başlayır
30 Oktyabr 2023 14:41 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Respublika Fənn Olimpiadaları (RFO) fənn hazırlıqları üçün müəllim seçimi imtahanı təşkil olunacaq.
"OLAYLAR"-a Təhsil İdarəsindən bildirilib ki, noyabrın 14-də keçirilməsi nəzərdə tutulan imtahan 8 fənn üzrə olacaq. Hər bir fənn üzrə imtahan 30 sualdan ibarətdir. İnformatika fənni üzrə imtahan isə onlayn şəkildə (https://www.eolymp.com/en/ saytı vasitəsilə) aparılacaq.
Respublika Fənn Olimpiadaları fənn hazırlıqları müəllim seçimi üçün iştirak forumuna qatılmaq istəyənlər noyabrın 5-dək https://forms.gle/P95guXzR264JoXRe9 linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31