Dövlət sifarişli yerlərə qəbul üçün keçirilən əlavə müsabiqədə 2000-dən çox tələbə uğur qazanıb
27 Oktyabr 2023 14:51 Sosial2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
DİM-dən Olaylar.az-a verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31