Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi
26 Oktyabr 2023 21:59 SosialDaxili işlər orqanlarında yeni təyinatlar olub.
Olaylar.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.
Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31