Bu şəxslərin əməkhaqlarına əlavənin müddəti uzadıldı
26 Oktyabr 2023 10:04 SosialBakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.
Olaylar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31