"Təhsil millətin gələcəyidir!": Gələcəyimiz niyə məhv olur?
26 May 2023 12:41 SosialHər il olduğu kimi bu il də artıq 9 və 11 illik buraxılış imtahanlarının bir hissəsinin nəticələri açıqlandı və yenə də hər il olduğu kimi bu il də nəticələr o qədər də ürəkaçan deyil. Qeyd edək ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 50498 nəfərdən 476 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib. Qısacası, 9 illik imtahanlarda cəmi 1 nəfər maksimum nəticə göstərdi, 11 illikdə isə ümumiyyətlə maksimum nəticə göstərən yoxdur. Buraxılış imtahanına ikinci şansın olmadığını nəzərə alsaq, bu o deməkdir ki, bu il ali təhsil müəssisələrinə qəbulda 700 bal toplayan abituriyent olmayacaq. 4-5 il əvvələ, xüsusilə kurrikulum tədris proqramı tətbiq olunmamışdan əvvələ baxsaq, görərik ki, kifayət qədər 700 bal toplayan tələbə olurdu. İndi olmamasının səbəbi nədir? Əgər hazırki təhsil metodu keyfiyyətli nəticə vermirsə, niyə hələ də tətbiq olunur? Günah kimdədir? Müəllimlərdə? Repititorlarda? Abituriyentlərdə? Yoxsa təhsil metodlarında?
Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.
Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, tətbiq edilən sistem bir az daha müasir olmalıdır ki, uşaqlarda əzbərçiliyə yönəlik nəsə olmasın:
"Son dövrlər imtahan nəticələrinə nəzər yetirəndə görürük ki, ali təhsil müəssisələrinə qəbul imtahanı verən abituriyentlər arasında 700 bal toplayan abituriyent yoxdur. Təbii ki, 700 bal toplamaq ya da toplamamaq çox da bir şey həll etmir, bu dünyanın sonu deyil. Amma mən düşünürəm ki, burada yeni təhsil metodlarının, proqramların, müəllimlərin, repetitorların və yaxud da abituriyentlərin günahını almaq, hər hansı birində günah axtarmaq olmaz. Proses belədir ki, Elm və Təhsil Nazirliyi məktəblərə tapşırır ki, 9-11-ci siniflərin davamiyyətini diqqətə alsınlar və onların dərsə davamiyyətini təmin etsinlər. Təbii ki, məktəb rəhbərliyi də uşaqlara tapşırır ki, mütləq şəkildə məktəbə gəlin. Uşaqlar isə məktəbə gələndə bilirlər ki, onlara orda təhsil verilmir və nəticədə boş-boş vaxtları gedir. Çalışırlar ki, gəlməsinlər və bundan əlavə olaraq da, həmin uşaqlar müxtəlif kurslara, repetitor yanına gedirlər ki, bir az yüksək bal toplayıb harasa qəbul olsunlar. Amma bir şeyə də diqqət yetirəndə görürük ki, uşaqlar hazırlığa gedirlər, ancaq hər kursun, hər repetitorun özünün demək olar ki, bir hazırlıq proqramı var. Bəzi hazırlıq proqramları demək olar ki, özünü doğrultmur və düşünürəm ki, bu doğrultmamaqda əsas məqamlardan biri də, çalışılacaq proqramların və yaxud da ki, ümumiyyətlə dərs prosesinin düzgün seçilməməsidir. Yəni, bu məqamlara da diqqət eləmək lazımdır və yeni sistem bir az daha müasir olmalıdır ki, uşaqlarda əzbərçiliyə yönəlik nəsə olmasın, uşaqlar praktiki baxımdan nəsə əldə etsinlər, bir az daha bacarıqlarını, beyinlərini işlədə bilsinlər. Yəni əzbərləyib gedib nəsə cavablamağa çalışmaslar. Amma təəssüf ki, biz dildə nə qədər danışsaq, desək də ki, təhsilimizi inkişaf etdiririk və s., ortada əllə tutulacaq bir şey yoxdur. Bunu Azərbaycan təhsili adına demək olar, amma ümid edirəm ki, yavaş-yavaş nəsə dəyişər. Çünki alt sistemində dəyişilməyə başlayır. İbtidai siniflərdə dərsliklərə nəzər yetirəndə görürük ki, nələrsə dəyişilməyə başlanılıb. Amma yuxarıya gəlib çatana kimi hələ ki, düşünürəm, qabaqda bir neçə ilimiz var ki, təhsil sahəsində olan bəzi yenilikləri şagirlərimizə tətbiq edək və uğurlu nəticəni əldə edə bilək. Xaricdə 1-2 fəndən hazırlaşaraq yaxşı universitetlərə qəbul olmaq mümkündür. Yəni Azərbaycanda təhsil o qədər güclüdür ki, burda harasa qəbul olmaq üçün bir neçə fənni oxuyaq? Bu kimi nüanslara diqqət etmək lazımdır".
Ekspert Elçin Əfəndi qeyd edir ki, əgər məktəbdə normal qaydada təhsil tədris olunsa, abituriyentlərin heç əlavə hazırlıqlara ehtiyacı da qalmaz:
"İlk növbədə onu qeyd etmək lazımdır ki, təhsil məktəbdə verilməlidir. Bugünkü gündə təəssüflər olsun ki, bəzi müəllimlər fərdi hazırlıq adıyla valideynləri müvafiq olaraq hazırlıqlara dəvət edirlər. Baxmayaraq ki, fərdi hazırlıq tək, üz-üzə hazırlıqdır, amma biz bu gün çox nadir hallarda fərdi hazırlıq keçən müəllimlərlə rastlaşırıq. Onların əksəriyyəti 10-15 nəfərlə hazırlıq keçir. Bu isə fərdi hazırlıq demək deyil. Bu da təbii ki, birmənalı olaraq abituriyentlərin nəticələrinə təsir göstərir. Amma ümumi baxsaq, əlbəttə məktəbdə normal qaydada təhsil tədris olunsa, abituriyentlərin heç əlavə hazırlıqlara ehtiyacı da qalmaz. Ümumi problemi axtarsaq, təbii ki, burada məktəbin məktəb, təhsilin təhsil problemi var. İmtahanların da yeni qaydalarda olması özünü nəticələrdə göstərmiş olur. 2018-ci ildə ənənəvi imtahan keçirildi və bilirsiniz ki, orada 23 nəfərə yaxın 700 bal toplayan oldu və bu da qapalı tipli ümumi imtahanla bağlı demək olar ki, son qəbul imtahanı idi. Ondan sonra 2019-cu ildən etibarən kurrikulum əsaslı qəbul imtahanları keçirildi. Bunun da səbəbi 2008-2009-cu ildən ölkədə kurrikulum tədrisinə əsaslanan proqramı tətbiq olunmuşdu və onlar da artıq 2019-cu ildə 11 illiyi bitirdikləri üçün onlara kurrikulum əsaslı qəbul imtahanlarının keçirilməsi vacib idi. Son 2019-cu ili də nəzərə alsaq, beşinci ildir ki, qəbul imtahanları məhz bu istiqamətdə keçirilir və demək olar ki, bu günə qədər cəmi 2-3 nəfər 700 bal toplayan abituriyent olub. Təbii ki, 700 bal toplayan bir və ya 2-3 nəfərin olması onu deməyə əsas vermir ki, təhsil göstəriciləri əladır, bir nəfər azı 700 bal toplayıb, xeyr. Bir nəfərin 700 bal toplamasındansa, yüksək bal toplayanların çox olması daha məqsədəuyğundur. Biz son dövrlər bunu müşahidə edirik. Əlbəttə, proses bir qədər çətinləşir, çünki yeni əsaslı imtahan, abituriyentlərin buna adaptasiya olması və s. proseslər var. Amma tədricən, təxminən biz belə nəzərdə tuturuq, 5-6 il sonra tamam fərqli nəticələrin şahidi olacağıq".
Təhsil eksperti Kamran Əsədov bildirir ki, bizim təhsilin idarəolunması ilə bağlı ciddi boşluqlarımız var:
"Bu il mart ayının 5-i, 12-si və aprelin 2-də keçirilən birinci mərhələ imtahanlarda ümumilikdə 130 mindən çox abituriyent iştirak etdi və onlar arasında maksimum bal toplayan olmadı və ümumilikdə ən yuxarı nəticə birinci mərhələdə 297 bal oldu. Onun ardınca da, may ayının 20-si və 21-i artıq II, III qruplar üzrə birinci şans, birinci mərhələ blok imtahanları keçirildi. İkinci mərhələ gələn ayın 3-4-ü olacaqdır və məhz birinci mərhələdə maksimum bal toplayan abituriyentin olmaması onu deməyə əsas verir ki, bəli, bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyent olmayacaq, amma 400 bal toplayan olacaq. Yəni, bizim apardığımız təhlillər göstərir ki, I və II bloklar üzrə maksimum bal toplayacaq abituriyentləri xüsusən biz I və III qruplarda gözləyirik.
Ümumiyyətlə, təbii ki, maksimum bal toplayanların olmaması təhsil sistemindəki problemlər və boşluqlarla bilavasitə bağlıdır. Yəni, bu gün bizim təhsilin idarəolunması ilə bağlı ciddi boşluqlarımız var. Xüsusilə son üç il ərzində təhsilin təşkili, idarəolunması, təhsilin qiymətləndirilməsində biz ciddi problemləri müşahidə edirik.
Ən vacib məqam kimi qeyd etmək lazımdır ki, kimsə 700 balın olmamasını faciə kimi qiymətləndirmirsə, bu yalnışdır. Əgər bir imtahanda, müsabiqədə maksimum ölçü vahidi varsa, deməli bu 100 mindən çox imtahanda iştirak edənlərin ən azından bir neçə nəfərinin bu nəticəni toplaması zəruridir. Yəni imtahandakı suallar orta məktəbin dərsliklərinə, proqramlarına uyğundur. Bu o deməkdir ki, bizim orta ümumtəhsil məktəblərimizdə təhsilin keyfiyyəti aşağıdır ki, eyni zamanda, qəbul prosesindəki çətinliklər də buna öz təsirini göstərir ki, nəticə yoxdur. Ümumiyyətlə qəbul imtahanlarında açıq və situasiya tipli suallardan istifadə olunur. Hesab edirəm ki, yoxlama prosesində insan faktorunun olması da 700 bal olmamasına təkan verir. Yəni birmənalı şəkildə hesab edirəm ki, 700 balın olmamasını biz ənənəvi təhsil sistemindəki problemlərlə, eyni zamanda, ali məktəblərə qəbul qaydalarındakı problemlərlə əlaqləndirə bilərik. Yəni hesab edirəm ki, bu qəbul imtahanlarında situasiya tipli suallarla bilavasitə bağlıdır. Çünki situasiya tipli sualların cavablandırılmasında abituriyentlər çətinlik çəkirlər. Eyni zamanda, yoxlama zamanı da biz zaman-zaman görürük ki, Dövlət İmtahan Mərkəzinin markerləri müəyyən səhvlərə, nöqsanlara yol verirlər və yaxud da ki, bir neçə bal aşağı yazırlar və bu da yekun nəticədə uşaqların ümumi nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Yəni bu faktorlar 700 balın olmamasına səbəb olur və 700 balın olmaması da təhsil sistemindəki keyfiyyətin aşağı olduğunu təsdiq edir".
Sosioloq Elçin Bayramlı isə bildirir ki, bu məsələlər ilə bağlı Elm və Təhsil Nazirliyinə şiddətli ictimai etirazlar olmalıdır:
"İldən-ilə imtahan göstəricilərində vəziyyət pisləşir ki, bu da statistikada açıq-aydın görünür. Yəni biz orta təhsilin məhv olduğunun şahidiyik. Bununla bağlı bütün cəmiyyətin institutlarından narazılıqlar, şikayətlər var. Pedaqoqlar, müəllimlər, sosioloqlar, psixoloqlar, şagirdlər, valideynlər şikayətlənir, amma yenə də təhsil nazirliyinin vecinə deyil. Son dövrlər təhsildə tətbiq olunan eksperimentlər, adı "kurrikulum" qoyulmuş sistem olan qalan təhsili də məhv edib, sıradan çıxartdı. İndiki olan nəticələr də hətta repetitorların, valideynlərin pullarının hesabınadır. Ağır xərc çəkərək hazırlaşdırdıqları uşaqların göstərdiyi nəticələrdir ki, bununla belə bunlar biabırçı nəticədir. Bu məsələdə artıq bütün məsuliyyət, günah Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Belə çıxır ki, bu nazirlik məqsədli şəkildə təhsil sistemini məhv etmək üçün çalışır. Bu nə reallıqları, nə faktları, nə statistikanı, nə cəmiyyətin etirazını, nə müəllimlərin sözünü, heç nəyi nəzərə almadan belə bir biabırçı tədris siyasəti aparır. Bu da hər il daha acınacaqlı nəticələrlə müşahidə olunur.
Bu gün rahatca demək olar ki, bu imtahanların nəticələrinə nəzər salmaqla və yaxud sosial şəbəkələrdə orta məktəbi bitirmiş kütlənin yazdıqları yazılardakı biabırçı, savadsızlıq səhvlərini görəndə başa düşmək olur ki, bizdə orta təhsil yoxdur. Belə bir halda mən bilmirəm nə etmək lazımdır. Təhsil Nazirliyini ləğv etmək lazımdır, bundan başqa əlac qalmayıb. Bu ölkədə, bu cəmiyyət bu nazirliklə bacarmır. Bu nazirliyin bu xalqa heç bir aidiyyatı yoxdur. Açıq şəkildə bilmirəm hansı məqsədlə, hansı tapşırıqla, nəyə əsasən bu zərərli siyasəti apararaq ölkəyə, təhsil sisteminə zərər vuraraq gələcəyimizi də məhv edir. Bunlara reallıq da, fakt da çatmır. Bununla bağlı hesab edirəm ki, Elm və Təhsil Nazirliyinə şiddətli ictimai etirazlar olmalıdır. Açıq şəkildə müəllimlər, valideynlər nazirliyi, nazirliyin rəhbərliyini istefa verməyə çağırmalıdırlar. Bir də, bu eybəcər yeni təhsil sistemlərini ləğv etməyə çağırmalıdırlar.
Bəli, əvvəlki dövrlərə baxanda görürük ki, hər şey daha yaxşı, daha nəticəli idi. Bir növ elə bil robot sistemi yaradırlar. Şagirdlərin kiçik bir hissəsi əzbərçiliklə, repetitorların köməkliyi ilə, bir-iki fənnə hazırlaşmaqla harasa qəbul olurlar. Qalan fənlərdən anlayışları sıfırdır. Belə bir vəziyyətdə gələcəyimiz təhlükəlidir. Bunun qarşısı artıq alınmalıdır, bundan o yana artıq yol yoxdur".

Röyalə Xəyal
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31