Xalq artisti Bakıda 13 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlanmasından danışdı

Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.

Olarlar.az axşam.az-a istinadən xəbər verir ki, cəmiyyətdə birmənalı qarşılanmayan hadisəyə Xalq artisti Brilliant Dadaşova da biganə qalmayıb. O, yeniyetmə qızın erkən yaşda nişanlanmasını tənqid edib: 

"Balaca qızlar elə bilirlər ki, nişanlanıb ərə getmək yalnız qəşəng gəlinlik paltarı geyinib, sırğa, üzük taxmaqdan ibarətdir. 13 yaşlı uşağa tamah salan pedofil dindirilməlidir. Tez ayılan, təhsil almaq istəməyən 16-17 yaşlı yetişkin qızlar az deyil. Amma 13 yaşında uşaqla ərə getməkdən bəhs etmək belə cinayətdir və məsuliyyətə cəlb olunmalıdır".

Qeyd edək ki, B.Dadaşova bu sözləri "show_news" səhifəsində yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31