Ayan Ağalar  İŞDƏN ÇIXARILDI

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunda kadr dəyişikliyi olub. 

Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi Ayan Ağalar vəzifəsindən azad olunub. 

A.Ağalar bu vəzifəyə ötən il təyinat almışdı.

O, saytımıza məlumatı təsdiqləyib və artıq Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını qeyd edib.

Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Ayan Ağalar daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində də çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31