Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq
17 May 2023 13:33 Sosial28 May Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq.
Olaylar.az APA-ya istinadən bildirir ki, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl - 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31