Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olunub

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə (ŞŞDQİ) icraçı direktor təyin olunub.
Bu barədə  "OLAYLAR"-a İdarədən məlumat verilib.
Bildirilib ki, İdarənin Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.
Müşahidə Şurasının yekdil qərarına əsasən ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31