Bəzən məmurların şəxsi maraqları dövlət maraqlarını üstələyir - ÖZƏL

"Hər bir məmur, hər bir vəzifəli şəxs işində məsuliyyətli olsa Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək mümkündür". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Ehtiram Mehdiyev deyib. Bildirib ki, bəzən məmurların şəxsi maraqları dövlət maraqlarını üstələyir və ölkənin inkişafı üçün fədakarlıq göstərən vətəndaşın problemlərinə laqeyd yanaşırlar: "Belə məmurlara qarşı uzun müddətdir ki, mübarizə aparılır. Qanun çərçivəsində belə yarıtmaz məmurlara qarşı sərt tədbirlər görülür. Bəzilləri bundan dərs çıxartmır, öz çirkin əməllərini davam etdirirlər. Məmur hər hansı bir qərar verdikdə mütləq dövlətçilik maraqlarını, vətəndaşın məənafeyini üstün tutmalıdır. Vətəndaş da milli mənafeyi yaşayışından, həyatından ümumiyyətlə hər şeydən üstün tutmalıdır. Bu tandem eyni zamanda cəmiyyətin də inkişafına səbəb olar. Ədalətli cəmiyyət qurmaq istəyiriksə, ilk növbədə özümüzdən başlamalı, qanunları, dövlət maraqlarını ali tutmalıyıq"..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31