Şuşa Azərbaycanın ən çiçəklənən şəhərlərindən birinə çevrilməkdədir - ÖZƏL

"Belə bir günü görmək bizim üçün çox sevindiricidir. Həqiqətən də Azərbaycan xalqı istər Azərbaycan Respublikasının ərazisində, istərsə də dünyanın hər hər yerinə səpələnmiş xalqımız belə bir günü həsrətlə gözləyirdi. Yəni, Şuşada böyük quruculuq işlərinin aparılması, o şəhərin düşmən işğalından azad edilməsindən sonrakı mərhələdə görülən işlər və əlbəttə ki, cənab prezidentin öz sözü ilə desək, Azərbaycanın Ali Baş Komandanı olaraq ulu öndərə hesabatın verilməsinin xatırladılması, bütün bunlar hamısı bir azərbaycanlı, vətən oğlu olaraq şəxsən məni çox qürurlandırır".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Bilirsiniz ki, Heydər Əliyev sağlığında həmişə qətiyyətlə deyirdi ki, gün gələcək biz Şuşada öz bayrağımızı ucaldacayıq, insanlarımız ora qayıdacaq və bu gün Azərbaycan dövləti, başda Prezident müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Şuşada məhz Ulu öndərin 100 illik yubileyi tədbirini keçirir. Bilirsiniz, bunun özü izahı olmayan çox başqa bir şeydir. İnsanı həqiqətən də qürurlandıracaq bir şeydir ki, biz bu günləri yaşayırıq. Əlbəttə ki, cənab prezidentin oradan verdiyi mesajlar bu ruhda idi. Yəni, bütünlüklə bu ruhda idi və o, Şuşadan məhz Ulu öndərin 100 illik yubileyi ilə bağlı bu müraciəti etməklə, əslinə qalanda, dostlarımıza bir əminlik mesajı vermiş oldu ki, yəni, biz torpaqlarımızın sahibiyik. Düşmənlərimizə də bir daha xatırlatdı ki, Azərbaycanla aşağı-yuxarı danışmaq, oyun oynamaq olmaz. Yəni, cənab prezidentin Şuşadan yayımladığı çağırış bu keyfiyyətdə idi. Əlbəttə ki, bir daha qeyd edirəm, biz məhz buna görə çox sevincliyik, həqiqətən də qürur duyuruq. Doğrudan da Azərbaycan xalqı nəhayət ki, illər sonra öz torpağına qovuşdu və hazırda da Şuşa alışıb yanmaqda, çiçəklənməkdədir. Görürük ki, Azərbaycan necə Şuşanı sürətlə əvvəlkindən daha gözəl vəziyyətə qaytarmaqdadır. Ermənilərin darmadağın etdiyi o şəhər indi Azərbaycanın ən çiçəklənən şəhərlərindən birinə çevrilməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31