Sumqayıtda “Bir əsrlik nəfəs” adlı yoqa festivalı keçirilib - FOTO
6 May 2023 11:21 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sumqayıt Bulvarında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Bir əsrlik nəfəs" adlı yoqa festivalı keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Məmmədli məlumat verib: "Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda əlilliyi olan şəxslərlə yanaşı, müharibə veteranları, şəhid ailəsi üzvləri, tanınmış idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə iştirak etdik. Festival çərçivəsində iştirakçılara yoqanın əsasları təlimi keçirilib və sertifikatlar təqdim edilib. Dəvətə və maraqlı tədbirin təşkilinə görə Sumqayıt Reabilitasiya mərkəzinin rəhbəri Pərvanə Hacıyevaya təşəkkür edirəm".
