Televiziyalarda lüzumsuz verilişlər təsadüfən olmur
6 May 2023 10:56 Sosial"Televiziyalar vasitəsilə mənəvi dəyərlərimizə zidd olan musiqi nömrələrimizin səslənməsi, eləcə də, lazımsız verilişlərin verilməsi heç də təsadüfən olmur". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sıdrinin birinci müavini Rafiq Daşdəmirlinin sözləribə görə, belə verilişlərin verilməsi üçün heç kəs məsuliyyət daşımır: "Unutmamalıyıq ki, efir vasitəsilə minlərlə insanlara mənəvi dəyərlər aşılanır. Cəmiyyətin sağlam ruhda böyüməsi, sağlam fikir və əqidəyə sahib olması üçün efirdə yayımlanan qeyri-professional verilişlərin qarşısı alınmalı, əsl sənətkarlara, sənətkar düşüncəsinə yer verilməlidir. Keçmişini unudan xalqın gələcəyi olmaz!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31